Belarusda koronavirus: 2578 nəfər yoluxub, 26-sı ölüb

belarusda-koronavirus-2578-nfr-yoluxub-26-si-olub-12042008

Belarusda koronavirus: 2578 nəfər yoluxub, 26-sı ölüb

Belarusda koronavirusdan ölənlərin sayı 26-ya çatıb.

Frame.az xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 2578 nəfərdir. Onlardan 203-ü sağalaraq evə buraxılıb.

Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.

Belarusda koronavirusla bağlı 64 mindən artıq test aparılıb.

 

Hibya Xəbər Agentliyi